Dendrologiya Bağı B0030
Nümunələr götürülən ərazilər Balakən Şəki Zaqatala

Sürüşdürüb baxın · böyütmək üçün toxunun

Adi fındıq

Corylus avellana L.

Azərbaycanda yerli Qidalıq hissəsi var Allergen tozcuq

Adi fındıq (lat. Corylus avellana) — tozağacıkimilər (Betulaceae) fəsiləsinin fındıq cinsinə aid olan, Avropa və Kiçik Asiya mənşəli, çoxillik kol və ya kiçik ağac bitkisidir. Dünyada və eləcə də Azərbaycanda ən geniş yayılan və kommersiya məqsədilə becərilən əsas fındıq növü məhz budur.

Ümumi xüsusiyyətləri

Fəsilə
Tozağacıkimilər (Betulaceae)
Həyat forması
Ağac və ya kol
Yarpaq
Yarpağını tökən · Enliyarpaqlı
Hündürlük
2–9 m
İşıq tələbi
Günəş, Yarımkölgə
Rütubət
Orta
Şaxtaya davamlılıq
Çox yaxşı
Quraqlığa davamlılıq
Orta
Şəhər şəraiti
Orta
Böyümə sürəti
Orta
Çiçəkləmə
Fevral–Mart
Meyvə yetişməsi
Avqust–Oktyabr
Payız rəngi
Sarı
Yayılma
, təbii halda Avropa, Kiçik Asiya (Anatoliya), Qafqaz və İranın şimal-qərb ərazilərini əhatə edən geniş bir arealda yayılmışdır. Azərbaycanda Zaqatala, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Quba, Xaçmaz, Gəncəd, Daşkəsən, Gədəbəy, Göygöl eləcə də Cənub bölgəsində orta dağ zonası meşələrində bitir.

Xarici görünüşü

Adi fındıq çoxgövdəli, geniş və sıx budaqlanan kol və ya kiçik ağacdır. Yarpaqları yumurtavari, kənarları dişli, ucu sivridir. Meyvələri yaşıl örtük daxilində inkişaf edən, yetişdikdə qonur rəng alan fındıqlardır.

Ekoloji xüsusiyyətləri

Yarımkölgəli və günəşli ərazilərdə inkişaf edir. Münbit, rütubətli, lakin yaxşı drenaj olunan torpaqlara üstünlük verir. Meşə kənarlarında, seyrək meşələrdə və kolluqlarda rast gəlinir.

İstifadə sahələri

  • Meyvələrindən qida sənayesində istifadə olunur. Qozasının tərkibində 65 % yağ, 3,5 % şəkər vardır; müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Qabığı möhkəmdir, müxtəlif mebellərin, səbətlərin düzəldilməsində qiymətli xammaldır.

  • Park və bağların yaşıllaşdırılmasında əkilir.

  • Canlı çəpər və dekorativ kolluq yaratmaq üçün istifadə olunur.

  • Ağacından xırda məişət əşyalarının və əl işlərinin hazırlanmasında istifadə edilir.

  • Ekoloji əhəmiyyəti

    Meyvələri quşlar və kiçik məməlilər üçün qida mənbəyidir. Sıx kök sistemi torpağın möhkəmlənməsinə kömək edir, kolluqlar isə canlılar üçün sığınacaq və yaşayış mühiti yaradır.

    Azərbaycanda yayılması

    Adi fındıq Azərbaycanda təbii yayılan və həmçinin becərilən növlərdəndir. Zaqatala, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Quba, Xaçmaz, Gəncəd, Daşkəsən, Gədəbəy, Göygöl eləcə də Cənub bölgəsində orta dağ zonası meşələrində bitir.

    İstifadə sahələri

    Yayıldığı ərazilər