Dendrologiya Bağı B0011
Nümunələr götürülən ərazilər Balakən

böyütmək üçün toxunun

Qara qoz

Juglans nigra L.

Juglans nigra (azərbaycanca: Qara qoz) qozkimilər (Juglandaceae) fəsiləsinə aid, yarpağını tökən, tez böyüyən iri ağac növüdür. Vətəni Şimali Amerikadır; Azərbaycanda mədəni şəraitdə becərilir.

Ümumi xüsusiyyətləri

Fəsilə
Qozkimilər (Juglandaceae)
Həyat forması
Ağac
Yarpaq
Yarpağını tökən · Enliyarpaqlı
Hündürlük
45 m-ə qədər
İşıq tələbi
Günəş
Şaxtaya davamlılıq
Çox yaxşı
Quraqlığa davamlılıq
Çox yaxşı
Böyümə sürəti
Sürətli
Yayılma
Vətəni Şimali Amerikadır

Xarici görünüşü

  • Hündürlüyü 45 m, gövdəsinin diametri 180 sm-ə çatan ağacdır.
  • Açıqlıqda bitən ağacların çətiri iri və çadırvaridir.
  • Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdə olub, qeyri-bərabər dərin çatlıdır.
  • Cavan zoğları seyrək tükcüklü, tumurcuğu çılpaqdır — ipəyəoxşar, 4 pulcuqlu, yumurtavari formalıdır.
  • Yarpaqları təklələkvari, 7–12 cüt ovalşəkilli-neştərvari və ya uzunsov-neştərvari yarpaqcıqdan ibarətdir.

Ekoloji xüsusiyyətləri

  • Tez böyüyən ağacdır.
  • Şaxtaya və quraqlığa davamlıdır.
  • İşıqsevəndir.
  • Torpağa tələbkardır.

Azərbaycanda yayılması

Mədəni şəraitdə Lənkəranda, Gəncədə, Dağlıq Qarabağda, Zaqatalada və Abşeronda az-az hallarda, tək-tək və ya kiçik qruplarda rast gəlinir.

İstifadə sahələri

Yayıldığı ərazilər

Qısa xarakteristika

Juglans nigra hündürlüyü 45 metrə, gövdəsinin diametri 180 sm-ə çata bilən iri ağacdır. Tez böyüyən, şaxtaya və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar növdür.